Xabi Alonso Kroosun varisini tapıb

Xabi Alonso Kroosun varisini tapıb

İngiltərənin "Kristal Palas" klubunda oynayan 21 yaşlı yarımmüdafiəçi Adam Uortona Madrid "Real"ının maraq dairəsinə düşüb. 
Olimpnews.az EL Nacionala istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso Uortona Toni Kroosun varisi kimi görür. Madrid nəhəngi yarımmüdafiəçinin transferi üçün təxminən 60 milyon avro ödəməyə hazırdır. Yarımmüdafiəçinin hazırkı klubu ilə müqaviləsi 2029-cu ilin ortalarında başa çatır.