İki klubun prezidenti barədə axtarış verilib  

 

İki klubun prezidenti barədə axtarış verilib     

İspaniyanın "Oviedo" və Meksikanın "Paçuka" klubunun rəhbəri Xesus Markez barədə axtarış elan olunub. "Grupo Pachuca" şirkətinin sahibi və prezidentini Meksikadakı hakimiyyət orqanları tərəfindən həbs gözləyir. İspaniyanın "Heraldo de Leon"  saytında yer alan xəbərə görə, səbəb müəyyən sponsorluq müqavilələrinin pozulmasıdır. Martinezin vəziyyəti ilkin məhkəmə iclaslarına gəlməməsi ilə daha da ağırlaşıb. O, günahkar olmadığını bildirir və ictimaiyyətə müraciət edərək, həmişə müqavilələrə hörmət etdiyini və işgüzar nüfuzuna xələl gətirilməsinə yol verməyəcəyini bildirib.