"Çempionlar Liqasındakı qalibiyyət klubun özünəinamını geri qaytarıb"

"Çempionlar Liqasındakı qalibiyyət klubun özünəinamını geri qaytarıb"

PSJ-nin qapıçısı Lukas Şevalye Fransa klubundan danışıb. 
O bildirib ki, PSJ-də çox uzun müddət qala biləcək. «Heyətdə hər kəsə güvənirəm. Düşünürəm ki, Çempionlar Liqasındakı qalibiyyət klubun özünəinamını geri qaytarıb», - deyə "Le Figaro" qəzeti Şevalyenin sözlərindən sitat gətirib.
Qeyd edək ki, Şevalye Paris klubuna yay transfer pəncərəsində "Lill"dən keçib. O, 15 oyunda, 14 qol buraxıb və yeddi dəfə qapısını toxunulmaz saxlayıb. 23 yaşlı fransalı futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir. "Transfermarkt" mütəxəssisləri onun dəyərini 30 milyon avro qiymətləndirirlər.