Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin dördüncü turunun oyunları keçirilir.
Olimpnews.az xəbər verir ki, Çexiyanın "Slavia Praqa" klubu doğma meydanda "Arsenal" (İngiltərə) qəbul edib. Oyun London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Topçular"ın heyətində Bukayo Saka (32, p) və Mikel Merino (46, 68) fərqlənib. Beləliklə, Mikel Artetanın komandası aktivinə 3 xal yazdırıb.


