Ölmüş itini klonlaşdırdı

Ölmüş itini klonlaşdırdı

Əfsanəvi NFL futbolçusu Tom Bredi 2023-cü ildə ölmüş itini klonlaşdırdığını açıqlayıb.

Luan adlı it bənzəri Bredinin investisiya qoyduğu biotexnologiya şirkəti "Colossal Biosciences" tərəfindən yaradılıb. Məlumatı "The Guardian" qəzeti yayıb.

Qeyd edək ki, peşəkar idmanı 2023-cü ildə tərk edən Tom NFL tarixinin ən yaxşı oyun qurucularından biri hesab olunur.