De Rossi "Cenoa" klubunun baş məşqçisi ola bilər

De Rossi "Cenoa" klubunun baş məşqçisi ola bilər

Keçmiş italiyalı futbolçu Daniel De Rossi İtaliyanın "Cenoa" klubunun baş məşqçisi ola bilər. 

Olimpnews.az xəbər verir ki, 42 yaşlı mütəxəssis  bu gün Milan şəhərində klub rəhbərliyi ilə görüşərək razılaşmanın son detallarını müzakirə edib.

Qeyd edək ki, Daniel De Rossinin baş məşqçi olaraq son iş yeri "Roma" klubu olub.