"Tottenhem"in braziliyalı hücumçusu Riçarlison Londonu tərk etmək fikrindədir.
Olimpnews.az jurnalist Əkrəm Konura istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Flamenqo"dan təklif alıb.
Qeyd edək ki, Riçarlison 2022-ci ildə "Tottenhem"ə keçib. O, bu mövsüm bütün yarışlarda 16 oyunda üç qol vurub və iki məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt"ın məlumatına görə, hücumçunun dəyəri 25 milyon avrodur.


