FİFA yeni mükafat təsis edib

FİFA yeni mükafat təsis edib

FİFA sülh və birlik uğrunda mübarizədə görkəmli nailiyyətləri qiymətləndirmək üçün «Sülh Mükafatı» təsis edib.

Olimpnews.az xəbər verir ki, ilk mükafatın sahibi bu ilin 5 dekabr tarixində Dünya Kubokunun püşkatması zamanı müəyyənləşəcək.
Qeyd olunur ki, mükafat hər il sarsılmaz sədaqəti və görkəmli hərəkətləri ilə insanları sülh naminə bir araya gətirən şəxslərə təqdim olunacaq.