Haalandın La Liqa arzusu var

Haalandın La Liqa arzusu var

"Mançester Siti"nin hücumçusu Erlinq Haalandın İspaniya La Liqasında çıxışı gözlənilir. 
Olimpnews.az "Goal"ın yaydığı məlumata istinadən xəbər verir ki,  Haaland Madrid "Real"ında oynamaq istəyir. 25 yaşlı norveçli futbolçunun hazırkı müqaviləsi onu 2034-cü ilin ortalarına qədər "Mançester Siti" ilə bağlayır. Transfermarkt onu 180 milyon avro dəyərində qiymətləndirir.