"Zəfər turu"nun açılış oyununda "Samaxı" qələbə qazandı 

"Zəfər turu"nun açılış oyununda "Samaxı" qələbə qazandı 

Bu gün futbol üzrə Misli Premyer Liqasında XI turun oyunlarına start verilib.  

Olimpnews.az xəbər verir ki, "Zəfər turu"nun açılış oyununda "Şamaxı" və "İmişli" komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilən oyunun start fiti saat 13:44-də səslənib. Qonşu pillələrdə qərarlaşan komandaların mübarizəsində meydan sahibləri minimal hesablı qələbə qazanıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi "Şamaxı"nın futbolçusu Karim Rossi olub. 

Bu qələbə sayəsində xallarınən sayını 13-ə çatdıran "Şamaxı" klubu 8-ci pilləyə yüksəlib. "İmişli" klubu isə 12 xalla doqquzuncudur. 

Qeyd edək ki, günün ikinci oyunu saat 16:44-də "Qəbələ" və "Sumqayıt" komandaları arasında olacaq.