Rüdiger əvvəlki klubuna qayıda bilər

Rüdiger əvvəlki klubuna qayıda bilər

Madrid "Real"ının mərkəz müdafiəçisi Antonio Rüdiger yaxın gələcəkdə klubunu dəyişə bilər. Olimpnews.az "Marca"nın məlumatına istinadən xəbər verir ki, o keçmiş klubu olan "Çelsi"dən maraqlı təklif alıb. Almaniya yığmasının üzvünün Səudiyyə Ərəbistanı liqasında da seçimləri var.
Qeyd edək ki, 32 yaşlı müdafiəçi 2022-ci ilin yayından bəri "Kral Klubu"nda çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonunda başa çatır. Rudiger Onun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.