Türkiyə futbolunda qalmaqal - Həbslər var

Türkiyə futbolunda qalmaqal - Həbslər var

Türkiyə futbolunda hakimlərlə bağlı qalmaqallar davam edir.
Olimpnews.az Anadolu Xəbər Agentliyinin məlumatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu futbol hakimlərinin bukmeker kontorlarında oyunlara mərc etməsi ilə bağlı iş üzrə 21 şübhəli şəxsdən 18-i üçün həbs qərarı verib. Anadolu Xəbər Agentliyinin məlumatına görə, saxlanılanlar arasında Super Liqa klubunun prezidenti də var.

Qeyd edək ki, bir müddət əvvəl əvvəl Türkiyə Futbol Federasiyası 149 peşəkar hakimi səkkiz aydan bir ilə qədər müddətə oyunlardan kənarlaşdırmışdı. Federasiya prezidenti İbrahim Hacıosmanoğlu milli futbolun "mənəvi böhran" yaşadığını bildirmişdi. O əlavə etmişdi ki, hakimlərlə bağlı araşdırma zamanı onlardan 42-sinin oyunlara 1000-dən çox, birinin isə 18227 mərc etdiyi aşkarlanıb. Bir çox hallarda mərclər yalnız bir dəfə edilib.