Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente son "El-Klasiko" zamanı Lamin Yamal və Dani Karvaxal arasında yaşananlara belə aydınlıq gətirib.
Olimpnews.az xəbər verir ki, baş məşqçi bu anlaşılmazlığın təbii şəkildə yoluna qoyulmalı olduğunu bildirib. “Lamin Yamal və Dani Karvaxal arasındakı anlaşılmazlıq təbii şəkildə həll olunmalıdır. Onlarla münasibət qurmaq çox asandır. Mənim yaddaşımda qalan görüntü isə Xorvatiyaya qarşı vurulan qoldan sonra onların qucaqlaşmasıdır. Bizim üçün həqiqət budur", - deyə baş məşqçi qeyd edib.
Luis de la Fuente Yamalın fiziki vəziyyəti barədə də məlumat verib. O, qeyd edib ki, 18 yaşlı hücumçu əla formadadır: "Tam inamla deyirəm ki, Lamin Yamal əla formadadır. Klubdakı məşqçisi də onun oynamağa tam hazır olduğunu bildirib. Bizim üçün nə qədər uyğun olarsa, o qədər də komandada olacaq”.


