"Mançester Siti" klubunun ispaniyalı baş məşqçisi Pep Quardiola Almaniya Bundesliqasında keçirdiyi illər barədə danışıb.
Olimpnews.az xəbər verir ki, təcrübəli məşqçi Bundesliqada keçirdiyi illər üçün darıxdığını bildirib: “Bundesliqa üçün darıxıram. "Bayern Münhen" klubunda çox xoşbəxt idim. Orada keçirdiyim günlər unudulmaz xatirələrlə doludur və yalnız klubun içində deyil, həm də onun hüdudlarından kənarda möhtəşəm insanlarla tanış oldum. Vaxtım olanda Münxenə gedirəm, çünki bu şəhəri çox sevirəm. Bundesliqa çox yüksək səviyyədədir və orada insanların futbola göstərdiyi hörmət həqiqətən böyükdür”.


