"Aston Villa" yarımmüdafiəçisi ilə müqaviləni yeniləyir 

"Aston Villa" yarımmüdafiəçisi ilə müqaviləni yeniləyir 

İngiltərənin "Aston Villa" klubunun rəhbərliyi 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Morqan Rogers ilə müqaviləni yeniləyəcək. 
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi futbolçunun performansından razıdır. Artıq bunun üçün yeni müqavilə barədə razılıq əldə edib. Yeni müqavilə ilə onun maaşı artırılacaq.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2024-cü ildən "Aston Villa"nın uğurları üçün çalışır.