Bu gün futbol üzrə Misli Premyer Liqasının XI turun daha iki oyunu keçiriləcək.
Olimpnews.az xəbər verir ki, "Zəfər turu"nun ikinci oyun gününün ilk qarşılaşmasında "Araz-Naxçıvan" klubu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Karvan-Yevlax"la qarşılaşacaq. Saat 15:44-də başlayacaq oyunu Nicat İsmayıllı idarə edəcək.
Günün digər oyunu isə saat 18:44-də "Zirə" və "Turan Tovuz" komandaları arasında olacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyunun baş hakimi saat FİFA dərəcəli hakim Əliyar Ağayev olacaq.
Tura noyabrın 9-da yekun vurulacaq.
Misli Premyer Liqası: "Zəfər turu" çərçivəsində daha iki oyun keçiriləcək


