Ronaldo son tarixi açıqladı

Ronaldo son tarixi açıqladı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo bildirib ki, ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı onun üçün sonuncu olacaq. "Növbəti dünya çempionatı mənim üçün sonuncu olacaqmı? Əlbəttə ki, bu doğrudur. Çünki mənim 41 yaşım olacaq. Dediyim kimi, bu andan həzz alıram", - deyə Mundo Deportivo Ronaldonun Səudiyyə Ərəbistanında keçirilən TOURISE turizm forumunda verdiyi müsahibədə dediyi sözlərdən sitat gətirib.

Qeyd edək ki, Kriştianu Ronaldo 2003-cü ilin avqustundan bəri Portuqaliya millisində oynayır. O, milli komandada 225 oyun keçirib, 143 qol vurub və 46 məhsuldar ötürmə edib.