"Roma"nın argentinalı hücumçusu Paulo Dibala karyerasını "Boka Xuniors"da davam etdirmək istəyir.
Olimpnews.az Jurnalist Əkrəm Konura istinadən xəbər verir ki, oyunçunun "Roma" ilə müqaviləsinin uzadılması hazırda yüksək maaşı səbəbindən ciddi şübhə altındadır. Dibalanın "Roma" ilə müqaviləsi bu yay bitir, ona görə də o, Argentinaya qayıtmağa hazırdır və karyerasını öz vətənində davam etdirmək istəyir.
Qeyd edək ki, Dibala 2022-ci ildən "Roma"da çıxış edir.


