"Şəhərlilər" Quardiolanın əvəzinə iki namizəd tapıblar

"Şəhərlilər" Quardiolanın əvəzinə iki namizəd tapıblar

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola gələn il "şəhərlilər"i tərk edəcək.

Olimpnews.az "The Times" qəzetinin məlumatına istinadən xəbər verir ki, Quardiola gedərsə, "Bavariya"dan Vinsent Kompani və ya "Marsel"dən Roberto De Zerbi onu əvəz edəcək.

Qeyd edək ki, Quardiola 10 ildir ki, İngiltərə klubunun uğurları üçün çalışır.