Oskar idman karyerasını bitirə bilər 

Oskar idman karyerasını bitirə bilər 

Braziliyalı futbolçu Oskar ürəyindəki problemlər səbəbindən San-Pauludakı xəstəxanaların birinə yerləşdirilib.

Olimpews.az xəbər verir ki, bu barədə onun hazırda çıxış etdiyi "San-Paulu" klubunun mətbuat xidməti məlumat verib.

"Globo"nun məlumatına görə, futbolçu velosipeddə məşq edərkən yıxılıb və təxminən iki dəqiqə huşsuz qalıb. Mənbə qeyd edir ki, oyunçu səhhətindəki problemlərə görə idman karyerasını vaxtından əvvəl bitirə bilər.

Xatırladaq ki, 34 yaşlı «San Paulu»dan əvvəl Braziliyada "İnternasional", Çində "Şanxay Port" və İngiltərədə "Çelsi" klublarında oynayıb. O, iki dəfə İngiltərə çempionluğu, bir dəfə İngiltərə Liqa Kuboku və Avropa Liqası titulunu qazanıb.