Finalda vurulan şaybalar muzeydə saxlanılacaq

Finalda vurulan şaybalar  muzeydə saxlanılacaq


Soçi-2014 Qış Olimpiya Oyunlarında Kanada Olimpiya yığmasının qadın və kişilər arasında keçirilən hokkey turnirinin finalında vurduğu 2 şayba Torontoda Hokkey Şöhrət Zalına daxil edilib. Qeyd edək ki, Kanadanın kişilərdən ibarət komandası 3:0 hesabı ilə İsveç,  qadın komandası isə 3:2 hesabı ilə ABŞ yığmasına qalib gəlib. 
"Bu iki şayba muzeydə fəxri yer tutacaq”, - deyə Beynəlxalq Hokkey Federasiyasının prezidenti Rene Fazel bildirib.