Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb 

Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb 

Güllə atıcılığı

Bugün, 10:16

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti möhtəşəm uğura imza atıb.

Olimpnews.az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, atıcımız 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb. Ruslan Lunyiv təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini geridə qoyub, birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR