"Parma"nın yaponiyalı qapıçısı Zion Suzuki İtaliya A Seriyası nəhənglərinin maraq dairəsinə düşüb.
Olimpnews.az "La Gazzetta dello Sport"un məlumatına istinadən xəbər verir ki, "İnter" və "Milan" 23 yaşlı futbolçunu transfer etməyi düşünür. "Parma"nın gələn yay yaponiyalı oyunçunu 20 milyon avroya satacağı gözlənilir.


