"River Plate" klubunun mərkəz müdafiəçisi Lautaro Riveronun Avropada müştəriləri tapılıb.
Olimpnews.az xəbər verir ki, jurnalist Ekrem Konurun məlumatına görə, Londonun "Çelsi" klubu 22 yaşlı argentinalı oyunçu ilə maraqlanır. Bundan başqa "Real", "Atletiko", "Mançester Siti", "Tottenhem", "Yuventus" və " Leypsiq" də növbəyə durub. Qeyd edək ki, Rivero bu il ərzində bütün yarışlarda 34 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt mütəxəssisləri onun dəyərini dörd milyon avro qiymətləndirirlər.


