Fernandes Madriddən gələn təklifə "yox" dedi

Fernandes Madriddən gələn təklifə "yox" dedi

"Çelsi" yarımmüdafiəçisi Enzo Fernandes Madrid "Real"ından gələn təklifi dəyərləndirməkdən boyun qaçırıb.

Olimpnews.az xəbər verir ki, 24 yaşlı futbolçu Kral klubunun onu öz sıralarına cəlb etmək cəhdini qətiyyətlə rədd edib. Yarımmüdafiəçi hazırda "Çelsi" ilə yeni, təkmilləşdirilmiş müqavilə üzərində danışıqlar aparır. Enzo Fernandezin "Mavilər"lə hazırkı müqaviləsi 2032-ci ilin ortalarına qədərdir. Nüfuzlu "Transfermarkt" saytı onun dəyərini 80 milyon avro qiymətləndirir.