Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, D qrupunda yer alan millimiz Bakıda 8-ci km qəsəbə stadionunda İslandiya seçməsini qəbul edib. Oyun rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab 20-ci dəqiqədə açılıb. Qonaqların futbolçusu Albert Qyudmyundsson dəqiq zərbə ilə fərqlənib. Matçın 39-cu dəqiqəsində Sverrir İnqason fərqi iki topa çatdırıb. Bu, matçda son qol olub.
Qeyd edək ki, beş oyundan sonra aktivində 7 xalı olan İslandiya millisi ikinci, bir xalı olan Azərbaycan komandası isə sonuncu - dördüncür.


