"Barselona"nın əsas hədəfi Harri Keynə yönəlib 

"Barselona"nın əsas hədəfi Harri Keynə yönəlib 

İspaniyanın "Barselona" klubu yay transfer pəncərəsində Harri Keyni heyətinə cəlb etmək istəyir. 
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi futbolçunu əsas hədəfləri arasına alıb. İngiltərəli hücumçunun  "Bayern Münhen"lə müqaviləsi 2027-cı ildə başa çatacaq.  2026-cı ildə, müqaviləyə əsasən ingilis futbolçunun sərbəst qalma məbləği 65 milyon avro olacaq.