"Kalyari" klubunun stadion layihəsi təsdiqləndi 

"Kalyari" klubunun stadion layihəsi təsdiqləndi 

İtaliyanın "Kalyari" klubunun ev oyunlarını keçirəcəyi yeni stadion layihəsi 10 ildən sonra nəhayət ki, rəsmi olaraq təsdiqlənib.
Olimpnews.az xəbər verir ki, stadion əfsanəvi Cici Rivanın adını daşıyacaq. Tikintinin ümumi dəyərinin 230 milyon avronu keçəcəyi bildirilib. 
Qeyd edək ki, adıçəkilən arena 2032,-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək. AVRO-2032 oyunlarına ev sahibliyi edəcək. Yeni stadionun tamaşaçı tutumu 30 min nəfər olacaq.