"Mançester Yunayted"din braziliyalı yarımmüdafiəçi Kazemiroya Madrid "Real"ı barədə sualları cavablandırıb. "Mən “Real”ı izləmirəm. “Mançester Yunayted”də çox işim var. “Real” haqqında narahat olmağa vaxtım yoxdur. Bəli, mən klubu sevirəm, amma hazırda narahatlıqlarım onlarla əlaqəli deyil", - deyə "Mundo Deportivo" qəzeti yarımmüdafiəçinin sözlərindən sitat gətirib. Qeyd edək ki, braziliyalı futbolçu 2013-cü ildən 2022-ci ilə qədər "Real"da oynayıb.


