"Yuventus" Vlahoviçi satmaq qərarına gəlib

"Yuventus" Vlahoviçi satmaq qərarına gəlib

Serbiyalı hücumçu Duşan Vlahoviç hələ də "Yuventus"la müqaviləsini yeniləməyib. Jurnalist Əkrəm Konurun sözlərinə görə, Turin klubu qış transfer pəncərəsində Vlahoviçi satmağa hazırdır. "Barselona", Münhen "Bayern"i, "Mançester Yunayted", "Tottenhem", Madrid "Atletiko"su, "Milan" və "Fənərbaxça"nın 25 yaşlı hücumçu ilə maraqlandığı bildirilir. Məlumat üçün bildirək ki, bu mövsüm Vlahoviç bütün yarışlarda 15 oyunda meydana çıxıb, altı qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.