Pep Quardiola "Barselona" prezidenti olması ehtimalları barədə danışdı 

Pep Quardiola "Barselona" prezidenti olması ehtimalları barədə danışdı 

"Mançester Siti" klubunun baş məşqçisi Pep Quardiola gələcəkdə "Barselona" prezidenti olması ehtimalları barədə danışıb. 54 yaşlı ispaniyalı mütəxəssis klub prezidentliyi ilə bağlı suallara belə cavab verib: “"Barselona" klubunu rədd etmirəm. Hər zaman başladığın yeri dəstəkləyirsən. Lakin qalstukla prezident lojasında? Xeyr, bunu özümə edə biləcəyimi düşünmürəm”, - deyə Pep Quardiola bildirib.

Qeyd edək ki, P.Quradiola 2008-2012-ci illərdə "Barselona".klubunun baş məşqçisi olub.