"Sanderlend"dən 35 milyonluq təklif

"Sanderlend"dən 35 milyonluq təklif

"Sanderlend"in yarımmüdafiəçisi Qranit Cakanın "Yuventus"a transfer olunmaq ehtimalı geniş müzakirə olunur. İsveçrəli futbolçunun hələ ötən yay İngiltərəyə qayıtmazdan əvvəl "Qoca Sinyora"ya transfer olunmaq imkanı olub. "Tuttosport"un məlumatına görə, Turin klubu yenidən 33 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib. Məlumata görə "Sanderlend" Qranit Caka üçün təxminən 35 milyon avro tələb qoyub.
Qeyd edə ki,  bu mövsüm Caka 11 Premyer Liqa matçında 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.