Xəbər verdiyimiz kimi, Madrid "Real"ının prezidenti Florentino Peres gələn il vəzifəsindən ayrılmaq qərarına gəlib. Məlumat üçün bildirək ki, Peres "Real Madrid"in prezidenti kimi iki müddət çalışıb. O, 2000-ci ildən 2006-cı ilə qədər və 2009-cu ildən bu günə qədər davamlı olaraq kluba rəhbərlik edib. Peres 2025-ci ilin yanvar ayında 2029-cu ildə başa çatan yeni dörd illik müddətə öz vəzifəsində qalıb.
Hörmətli jurnalist Pepe Alvaresin sözlərinə görə, 78 yaşlı mütəxəssis 2026-cı ildə "Real"dan ayrılmaq istədiyini bildirib. Məlumat üçün bildirək ki, "Kral Klubu" Peresin 22 illik rəhbərliyi dövründə 37 kubok qazanıb.
Florentino Peres "Real"ı tərk edir


