Madrid "Real"ının qapıçısı Tibo Kurtua yaxın müddətdə «ən yaxşı üç qapıçı»sının adını açıqlayıb. Maraqlıdır ki, 33 yaşlı belçikalı özünü ilk üçlükdə görməyib."Hazırda dünyanın ən yaxşı üç qapıçısı? Mən seçimdən kənarda qalacağam. Yan Oblak üçüncü, Alisson ikinci və David Raya isə birinci", - deyə Kurtua bu yaxınlarda verdiyi müsahibədə bildirib.
Məlumat üçün bildirək ki, Yan Oblak Madrid "Atletiko"sunun, Alisson Bekker "Liverpul"un, David Raya isə "Arsenal"ın qapıçısıdır.
Kurtua "ən yaxşı üç qapıçı" arasında özünü görmür


