Leverkuzen «Bayer»inin sol cinah müdafiəçisi Alexandro Qrimaldo üçün iki Avropa nəhəngi mübarizəyə qoşulub. Jurnalist Matteo Morettonun məlumatına görə, "Barselona" və Münhen "Bayern"i 30 yaşlı ispaniyalı futbolçunu transfer etməkdə maraqlıdırlar. Lakin "əczaçılar" komanadanın aparıcı futbbolçusunu Münhen klubuna satmaq istəmir.Məlumat üçün bildirək ki, Alexandro Qrimaldonun "Bayer"lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. "Transfermarkt" saytında onun təxmini dəyəri 30 milyon avrodur. Bundan başqa "Barselona" akademiyasının yetirməsi karyerasının qalan hissəsini La Liqada keçirmək arzusundadır.
"Əczaçılar" futbolçunu münhenlilərə satmaq istəmir


