"Çelsi" yarımmüdafiəçisi Koul Palmer evdə barmağını zədələyib. Məhz buna görə, o, komandasının iki əsas görüşünü buraxacaq. "Çelsi"nin baş məşqçisi Enzo Mareska bu barədə mətbuata açıqlama verib.
"Palmerin gələn həftə "Barselona" və "Arsenal"a qarşı oyunda iştirakı gözlənilmir", - deyə Mareska bildirib.


