Del Pyero ən yaxşıları bir yerə topladı

Del Pyero ən yaxşıları bir yerə topladı

İtaliya futbolunun əfsanələrindən biri olan hücumçu Alessandro Del Pyero jurnalistlərin hər ölkədən gördüyü ən yaxşı oyunçuların adını çəkməsini xahiş edib. "Yuventus"un keçmiş futbolçusu böyük bir siyahı tərtib edib. "İspaniya - Xavi. Fransa - Zidan. İtaliya - Maldini. Almaniya - Klinsmann. Portuqaliya - Ronaldo. Argentina - Messi. Braziliya - Pele. Kolumbiya - Valderrama. Çili - Vidal. Meksika - Çiçarito. Uruqvay - Montero", - deyə fcinter1908.it saytı Del Pyerodan sitat gətirib. Qeyd edək ki, De Pyero  peşəkar karyerasını 2015-ci ildə Hindistanda başa vurub.