Futbol üzrə Misli Premyer Liqasının XII turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun açılış matçında "Karvan-Yevlax" və "Kəpəz" klubları qarşılaşıb. Yevlax şəhər stadionunda keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2.
Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Kəpəz" onuncu pilləyə yüksəlib. "Karvan-Yevlax" isə 5 xalla 12-cidir.


