""Liverpul" mənim üçün evim kimi idi"

""Liverpul" mənim üçün evim kimi idi"

Hazırda "Əl-Nəsr" klubunda çıxış edən Sadio Mane "Liverpul" klubundan ayrılması barədə danışıb.

2016-2022-ci illərdə “Liverpul" klubunda forma geyinən futbolçu keçmiş günləri xatırlayarkən bunları deyib: "Uzaqlardan gəlib bu səviyyəyə çatmışam və həyatım hər zaman yeni səhifələrlə dolu olub. Mən "Li­­verpul"a gələndə komanda Çempionlar Liqasında belə oynamırdı. Vəziyyətin necə olduğunu hamı xatırlayır.

Lakin futbolçular, məşqçilər və klub işçiləri ilə birlikdə böyük bir komanda qurduq. Demək olar ki, hər titulu qazandıq. "Liverpul" mənim üçün evim kimi idi, özümü tam komfort zonamda hiss edirdim. Bir müddətdən sonra düşündüm ki, artıq yeni bir addım atmağın vaxtıdır. Orada qazana biləcəyim hər şeyi qazanmışdım".

Mənim üçün bu qərar nə pul, nə də başqa bir şeylə bağlı deyildi. Bunlar heç vaxt vacib olmayıb. Əsas olan komfort zonamdan çıxmaq və fərqli bir layihəyə yönəlmək idi. Bu səbəbdən yeni bir kluba keçmək qərarı aldım".