A Seriyasında “Bolonya” yenə də hər kəsi heyrətləndirir

A Seriyasında “Bolonya” yenə də hər kəsi heyrətləndirir

A Seriyasının on ikinci turu “Bolonya” üçün də əlamətdar olub. “Udineze” səfərində qalibiyyətdən (3:0) sonra Vinçenzo İtalyanonun komandası on iki turdan sonra qol sayını 21-ə çatdırıb. “Bolonya” bu mövsüm hər oyuna orta hesabla 1,75 qol vurub. Bu, klubun tarixində ən yaxşı nəticədir.  Əvvəlki “ən yaxşı göstərici” 1996/1997 və 1997/1998 mövsümlərində 20 qol (hər oyuna 1,6) olub.

Qeyd edək ki, növbəti turda “Bolonya” "Kremoneze"ni qəbul edəcək.