Amerikalı boksçunu məğlub edən tapılmır

Amerikalı boksçunu məğlub edən tapılmır

Səudiyyə Ərəbistanında keçirilən  peşəkar boks yarışı başa çatıb. Əsas yarışda məğlubiyyətsiz çıxış edən amerikalı David Benavidez WBC yarımağır çəki titulunu qorumaq üçün britaniyalı Entoni Yard ilə üz-üzə gəlib. Döyüş amerikalı boksçunun fasiləli qələbəsi ilə başa çadb. Benavidez yeddinci raundda rəqibini texniki nokautla rinqdən uzaqlaşdırıb. Məlumat üçün bildirək ki, Benavidez hazırda 31 peşəkar döyüşdə 31 qələbəsi qazanıb. Həmin görüşlərin 25-i nokautla olub. Yard isə dördüncü dəfə məğlubiyyətlə üzləşib. Onun hesabında 27 qələbə var.