Futbol üzrə İspaniya La Liqasında 13-cü turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyununda Madrid "Real"ı "Elçe"nin qonağı olub. Oyun 2:2 hesabı ilə başa çatıb. "Kral klubu"nun xal itkisindən sonra ikinci pillədə qərarlaşan "Barselona" ilə xal fərqi minimuma enib. Hazırda Xabi Alonsonun komandasının aktivində 13 turdan sonra 32 xal var. Əzəli rəqibi "Barselona" isə 31 xalla ikincidir. "Elçe" isə 16 xalla 11-cidir.


