Futbol üzrə Türkiyə Super Liqasında 13-cü turun oyunlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə "Trabzonspor" klubu "İstanbul Başakşəhər" komandası ilə qarşılaşıb. Oyun qaradənizlilərin qələbəsi ilə başa çatıb -3:4.
Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Trabzonspor" üçüncü pillədə qərarlaşıb. İstanbul təmsilçisi isə 13 xalla 13-cüdür.
"Qaradənizlilər" İstanbul səfərindən 3 xalla qayıdır


