Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bakı İdman Sarayında baş tutacaq ilin vacib yerli turnirində ölkənin ən güclü idmançıları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.
Dekabrın 5–6-da fərdi mübarizələr, 7-də isə komandalararası yarış olacaq.


