Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb

Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb

Azərbaycan İdman Akademiyası (AİA) ilə Malayziyanın INTI Beynəlxalq Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan İdman Akademiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, görüşdə AİA-nı tədris işləri üzrə prorektoru Ülkər Babayeva, ümumi işlər üzrə prorektor Taleh Qələndərli və Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Həsən İbrahimli təmsil ediblər.

Memorandum tərəflər arasında tədris, elmi fəaliyyət və beynəlxalq əlaqələr sahələrində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, AİA və INTI ali təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq reytinqlər istiqamətində əməkdaşlıq edəcək, professor-müəllim heyətinin və tədqiqatçıların, həmçinin fizioterapiya və idman menecmenti ixtisasları üzrə bakalavr tələbələrinin mübadiləsini həyata keçirəcəklər. Bununla yanaşı, birgə seminar və konfranslar təşkil olunacaq.

Qeyd edək ki, sözügedən memorandum AİA-nın Cənub-Şərqi Asiya regionunda yerləşən universitetlərlə imzaladığı ilk əməkdaşlıq sənədidir.