Azərbaycan komandası “Böyük Dəbilqə” turnirində 10 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan komandası “Böyük Dəbilqə” turnirində 10 cüdoçu ilə təmsil olunacaq

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

Bu barədə Olimpnews.az-a Azərbaycan Cüdo Federasiyasından (ACF) m'lumat verilib. Bildirilib ki, ölkəmiz turnirdə 5 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), Rəşid Məmmədəliyev, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Murad Fətiyev, Aslan Kotsoyev (hər ikisi 90 kiloqram), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kiloqram) yer alıblar.

Noyabrın 28-dən 30-dək davam edəcək “Böyük Dəbilqə”də 53 ölkədən 390 idmançı (233 kişi, 157 qadın) çıxış edəcək.

Qeyd edək ki, ACF-nin “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.