Məşhur amerikalı qarışıq döyüş ustası Con Consa həmyerlisi Daniel Kormye ilə qrapplinq döyüşü təklif olunub. "Bu yaxınlarda mənə Daniel Kormye ilə xeyriyyə matçı keçirmək barədə təklif gəlib. Təklifi dərhal qəbul etdim. Görək necə olacaq. Yəqin ki," 3:0", - deyə Cons sosial media səhifəsində yazıb. Məlumat üçün bildirək ki, Kormye və Cons UFC titul döyüşlərində iki dəfə üz-üzə gəliblər. 2015-ci ilin yanvar ayında Cons yekun qərarla qalib elan edilib. 2017-ci ilin iyul ayında keçrilən revanş matçı Conun dopinq testinin müsbət nəticəsi səbəbindən təxirə salınıb.


