Keyn şayiələri təkzib etdi 

Keyn şayiələri təkzib etdi 

Almaniyanın "Bayern Münhen" klubunda forma geyinən Harri Keyn "Barselona" klubu ilə bağlı çıxan şayiələri təkzib edib. 
Olimpnews.az xəbər verir ki, ingiltərəli futbolçu bu mövzuda heç kimlə danışmadığını bildirib. "Mənimlə əlaqə quran olmayıb. "Bayern Münhhen" klubundakı mövcud vəziyyətimdən tam rahatam. Klubla hələ gələcək planlarımız barədə danışmasam belə bu mövzuda tələsmirəm. Burada özümü çox xoşbəxt hiss edirəm. Bunu meydandakı oyunumdan da görmək olur. Əgər hansısa əlaqə və ya danışıq olsa, onda qiymətləndirərik. İlk növbədə yayda bizi Dünya Kuboku gözləyir. Bu mövsüm bitəndən sonra nələrinsə dəyişməsi isə çox da real görsənmir”.