Ronaldodan komanda yoldaşlarına bahalı hədiyyə

Ronaldodan komanda yoldaşlarına bahalı hədiyyə

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo UEFA Millətlər Liqasını qazanmasına görə yığmanın üzvlərinə xüsusi jest edib. Olimpnews.az xəbər verir ki, ulduz futbolçu turnirin qalibi olan bütün komanda yoldaşlarına şəxsi olaraq hazırlanmış bahalı qol saatları hədiyyə edib.

Ronaldo hədiyyələrin siyahısına vəfat edən milli üzv Diogo Jota'nı da daxil edib. O, saatın Jotanın ailəsinə çatdırılmasını xüsusi olaraq xahiş edib.