“Judo Club 2012” yeniyetmə cüdoçuları Liqa yarışlarını medallarla tamamladı

“Judo Club 2012” yeniyetmə cüdoçuları Liqa yarışlarını medallarla tamamladı

“Judo Club 2012” klubunun yeniyetmə cüdoçuları uğur estafetini uğurla davam etdirlər. Belə ki, bu yaxınlarda klubun yeniyetmə cüdoçuları həm U-14, həm də U-17 Liqa yarışlarında mükafatçılar sırasında yer alıblar.

Olimpnews.az xəbər verir ki, mövsümün son - IV turunda “Judo Club 2012”nin iki idmançısı medal qazananlar sırasında yer alıb.
Noyabrın 22-23-də keçirilən U-14 Liqa yarışlarının final turunda klubun üzvü Rəfiqə Ələkbərova (-63 kq) uğurlu çıxış edərək bürünc medal qazanıb.
Ardınca, noyabrın 24-25-də təşkil olunan U-17 Liqa yarışlarının IV turunda isə “Judo Club 2012”nin digər yeniyetmə cüdoçusu Pəri Məmmədli Pəri (-63 kq) gümüş medala layiq görülüb.
Qeyd edək ki, hər iki Liqa yarışında IV tur mövsümün son mərhələsi olub və yekun nəticələr əsasında cüdoçuların reytinq siyahıları formalaşdırılıb.

“Judo Club 2012” yeniyetmə cüdoçuları Liqa yarışlarını medallarla tamamladı